Türkiyədə avtomobil satışları rekord vurub | Banco.az

Türkiyədə avtomobil satışları rekord vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə avtomobil satışı üzrə yeni rekord qeydə alınıb.

Banco.az xəbər verir ki, Türkiyədə avtomobil satışlarında qeydə alınan aylıq rekordlar silsiləsi iyul ayında da davam edib.

Avtomobil Distribyutorları və Mobillik Assosiasiyasının (ODMD) məlumatlarına görə, yüngül kommersiya əhəmiyyətli mühərrikli vasitələr və avtomobil bazarı iyul ayında 115,4 faiz artaraq 112 min 459 ədədə çatıb.

Sözügedən dövrdə avtomobil satışları əvvəlki ilin eyni ayı ilə müqayisədə 109,4 faiz artaraq 85 min 916 ədəd, yüngül kommersiya əhəmiyyətli mühərrikli vasitələr bazarı isə 137,5 faiz artaraq 26 min 543 ədəd olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram