Türkiyədə avtomobil ixracatı ilk 6 ayda 17 milyard dolları keçib | Banco.az

Türkiyədə avtomobil ixracatı ilk 6 ayda 17 milyard dolları keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin avtomobil sektorunda ixrac həcmi artım göstərib.

Banco.az xəbər verir ki, Uludağ Avtomobil Sənayesi İxracatçıları İttifaqının (OIB) məlumatlarına görə, Türkiyədə avtomobil sektorunun ixracatı iyun ayında 9 faiz artaraq 3 milyard dolları keçib.

İlin ilk altı ayında avtomobil sənayesinin ixracı 13,7 faiz artaraq 17 milyard 337 milyon dollar olub. Yanvar-iyun dövründə ixracatın aylıq ortalaması isə 2,9 milyard dollar hesablanıb.

İyun ayında ölkə üzrə ən çox ixrac bu dəfə Fransaya edilib.

Qeyd edək ki, minik avtomobillərində mühüm bazarlardan biri olan Fransaya ixracda 18 faiz, İspaniyaya 112 faiz, Polşaya 34 faiz, İtaliyaya 2 faiz, Böyük Britaniyaya isə 28 faiz azalma qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et