Türkiyədə avtomobil istehsalı 9 ayda 1 milyonu keçib | Banco.az

Türkiyədə avtomobil istehsalı 9 ayda 1 milyonu keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə ümumi avtomobil istehsalı bu ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıb.

Banco.az xəbər verir ki, Avtomobil Sənayesi İttifaqı (OSD) yanvar-sentyabr dövrü üzrə istehsal, ixrac və bazar məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, ölkədə ilin 9 aylıq dövrü ərzində cəmi avtomobil istehsalı ötən ilin eyni dövrü ilə mqayisədə 12 faiz artaraq 1 milyon 74 min 155 ədədə çatıb. Avtomobil istehsalı isə 21 faiz artaraq 687 min 817 olub.

Qeyd edək ki, sözügedən dövrdə avtomobil ixracı da ötən ilin eyni dövrünə görə ədədlər baxımından 7 faiz artaraq 733 min 956 ədədə çatıb.

İlin 9 ayı ərzində ümumi satışlar isə ötən ilin eyni dövrü ilə müqayisədə 63 faiz artaraq 894 min 663 ədədə çatıb. Bu dövrdə avtomobil bazarı 666 min 890 ədədlə 67 faiz böyüyüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram