Türkiyədə Avropanın ən böyük günəş elektrik stansiyası istifadəyə veriləcək | Banco.az

Türkiyədə Avropanın ən böyük günəş elektrik stansiyası istifadəyə veriləcək

Türkiyənin Konya vilayətində mayın 5-də Avropanın ən böyük günəş elektrik stansiyasının (GES) açılışı olacaq.

1350 MVt gücü olan “Karapınar” GES “Kalyon Energy” şirkətinə məxsusdur.

20 milyon kvadratmetr ərazini əhatə edən GES-in quraşdırma işlərinə 2020-ci ilin yanvarında başlanılıb.

“Karapınar” GES-in tam gücü ilə fəaliyyətə başlaması ilə Türkiyənin müəyyən edilmiş günəş enerjisi potensialı 20% artacaq. Günəş elektrik stansiyası “Kalyon Fotovoltaik” şirkətinin istehsal etdiyi 3 256 038 günəş panelindən ibarətdir.

GES illik 3 milyard kVt elektrik enerjisi istehsal edəcək.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et