Türkiyə Statistika Komitəsinin məlumatına görə, ölkədə qiymətlər (inflyasiya) Apreldə aylıq 1,69%, illik 19,50% artıb.
Proqnoz aylıq inflyasiyanın 2,3%, illik inflyasiyanın 20,2% təşkil edəcəyi istiqamətində idi.
Baza inflyasiya 17,53%-dən 16,30%-ə geriləyib.
12 aylıq hesablama ilə, istehlakçı qiymətləri 19,39 faiz, istehsalçı qiymətləri isə 32,24 faiz artıb.
Keçən ilin dekabr ayı ilə müqayisədə istehlakçı qiymətləri 4 faiz, istehsalçı qiymətləri 5,18 faiz yüksəlib.
İstehlakçı qiymətləri indeksi, apreldə mart ayına nisbətən 1,69 faiz, keçən ilin eyni ayı ilə müqayisədə isə 19,50 faiz artım qeyd edib.
Marja