Türkiyədə 2025-ci ilədək süni zəka sahəsində 50 min kadrın işləməsi planlaşdırılır | Banco.az

Türkiyədə 2025-ci ilədək süni zəka sahəsində 50 min kadrın işləməsi planlaşdırılır

Türkiyədə Milli Süni Zəka Strategiyası (2021-2025) ictimaiyyətə təqdim edilib.

Strategiyanı Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank təqdim edib.

Onun sözlərinə görə, 2025-ci ilədək bu sahədə 50 min kadr üçün məşğulluq imkanlarının təmin edilməsi başlıca hədəflər arasındadır.

“2025-ci ildə süni zəka sahəsində məşğulluğun ən az 50 minə çatmasını hədəfləyirik. Bunun üçün ixtisaslı və kompitent insan resurslarının yetişməsi ilə bağlı önəmli tədbirlər müəyyənləşdirilib”, - o qeyd edib.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et