Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Türkiyə Rusiyaya 316 min ədəddən çox yumurtanın ilk partiyasını tədarük edib.
Banco.az xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Məlumata görə, yanvarın 3-də Rusiya ərazisində sonrakı satış üçün Yaraq-Kazmalyar keçid məntəqəsindən türk yumurtasının ilk partiyası gətirilib.
Qeyd edək ki, daha əvvəl Türkiyənin 21 müəssisəsinə yumurta idxalına icazə verilib.
Xatırladaq ki, Rusiya 2024-cü il yanvarın 1-dən təchizat həcmi 1,2 milyard ədədə qədər olan toyuq yumurtasının idxalı rüsumunu sıfırlayıb. Bu qaydalar 30 iyun 2024-cü il tarixinədək qüvvədə olacaq.
Qərarın verilməsində məqsəd Rusiyada təklifi artırmaqla məhsulun qiymətlərini sabitləşdirmək idi.
2024-cü il yanvarın 1-dən iyunun 30-dək Kənd Təsərrüfatı Nazirliyi yumurta tədarükçülərinə təqdim edilməsi qaydaları hökumət tərəfindən təsdiq edilən xüsusi sənədlər verəcək.
Qeyd edək ki, 2023-cü ilin noyabr ayında Rusiyada toyuq yumurtası 2023-cü ilin əvvəlindən 15,1% bahalaşıb. Bu rəqəm illik ifadədə 40,3%. təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!