Türkiyə yeni qaz qovşağı barədə təfərrüatları açıqlayıb | Banco.az

Türkiyə yeni qaz qovşağı barədə təfərrüatları açıqlayıb

Müəllif: Fərid İslamov, Banco.az

Türkiyənin Energetika Nazirliyi qovşağın tərkibindəki qazpaylama mərkəzinin Trakyada yerləşəcəyini açıqlayıb

Banco.az xəbər verir ki, Türkiyənin energetika naziri Fatih Dönməz Rusiya yanacağının satılacağı yeni qaz qovşağının təfərrüatlarını açıqlayıb. Energetika Nazirliyinin rəhbəri müsahibəsində bildirib ki, qovşaq layihəsi çərçivəsində qazpaylama mərkəzi ölkənin Avropa hissəsi olan Trakyada yerləşəcək.

Dönməz həmin ərazini yanacaq paylama mərkəzi qurmaq üçün “ən əlverişli yer” adlandırıb. Prezident Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl bildirmişdi ki, Trakya mərkəz üçün ən uyğun yer hesab olunur. Onun sözlərinə görə, Türkiyənin Energetika Nazirliyi artıq Rusiya tərəfi ilə işə başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Türkiyədə qaz qovşağı yaratmaqla Rusiya qaz tranzitini Şimal axınından Qara dəniz regionuna və Türkiyəyə köçürməyə ümid edir. Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın noyabrda vurğulamışdı ki, Aİ ölkələri Rusiya qazını Türkiyə qovşağı vasitəsilə ala biləcəklər və belə bir tələb var.

Lakin hələ oktyabrın 14-də Avropada bildirildi ki, region Rusiya qazından asılılığını tez bir zamanda azaltmağa çalışır və infrastrukturun bununla heç bir əlaqəsi yoxdur.

Ən sərfəli krediti almaq üçün müraciət et