Türkiyə vətəndaşlarının Monteneqronun daşınmaz əmlak bazarına investisiyaları kəskin artıb | Banco.az

Türkiyə vətəndaşlarının Monteneqronun daşınmaz əmlak bazarına investisiyaları kəskin artıb

2018-ci ildə Türkiyə vətəndaşları Monteneqronun daşınmaz əmlak bazarına investisiyaları 2017-ci illə müqayisədə 2,2 dəfə artırıb. 

Məlumata görə, ötən il Monteneqroda türklərin əldə etdiyi əmlakların ümumi dəyəri 15,1 milyon avro olub. Bu baxımdan Türkiyə vətəndaşları yalnız Rusiya vətəndaşlarından geri qalıb. Ruslar 2018-ci ildə Monteneqroda 39 milyon avro dəyərində əmlak alıb. 3-cü yedə isə 13,5 milyon avroluq göstərici ilə Serbiya vətəndaşları qərarlaşıb. 

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə, ötən il Monteneqronun daşınmaz əmlak bazarına 185 milyon avro pul qoyulub. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et