Türkiyə Ukrayna ilə azad ticarət sazişini ratifikasiya etdi | Banco.az

Türkiyə Ukrayna ilə azad ticarət sazişini ratifikasiya etdi

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə azad ticarət sazişinin ratifikasiyasını təsdiqləyib.

Banco.az xəbər verir ki, fərman mətnində qeyd olunur ki, Türkiyə ilə Ukrayna arasında 2022-ci il fevralın 3-də Kiyevdə imzalanmış azad ticarət sazişinin ratifikasiyası  məqsədəuyğun hesab edilib.

Tərəflər 2023-cü ildə ticarət dövriyyəsini 7,3 milyard dollardan 10 milyard dollara çatdırmaq barədə razılığa gəliblər.
Ukrayna və Türkiyə 2022-ci ilin fevral ayının əvvəlində Ərdoğanın Kiyevə səfəri zamanı azad ticarət zonası (STA) sazişi imzalayıblar.
Bundan əvvəl  Rusiya Xarici İşlər Nazirliyi xatırladıb ki, Ukrayna MDB çərçivəsində bağlanmış 200-dən çox beynəlxalq müqavilənin iştirakçısı olaraq qalır. Bunlar əsasən Kiyev hakimiyyəti üçün praktiki maraq doğuran sosial, humanitar, ticarət-iqtisadi xarakterli sənədlərdir. Əvvəllər Zelenski Ukraynanın xarici borcu üzrə ödənişləri dondurmağa icazə verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram