Türkiyə ÜDM-nin 1 trilyon 80 milyard dollara çatdırılması hədəflənir | Banco.az

Türkiyə ÜDM-nin 1 trilyon 80 milyard dollara çatdırılması hədəflənir

11-ci İnkişaf Planına görə, 2023-cü ildə Türkiyənin Ümumi Daxili Məhsulunun (ÜDM) 1 trilyon 80 milyard dollara, adambaşına gəlirin 12 min 484 dollara yüksəldilməsi məqsədi güdülür.

Prezident Hökumət Sisteminin ilk inkişaf planı olan 2019-2023 dövrünü əhatə edən 11-ci İnkişaf Planı, Prezident Rəcəb Tayyib Ərdoğanın təsdiq etməsindən sonra Türkiyə Böyük Millət Məclisinə təqdim olunub.

On birinci İnkişaf Planı ilə Türkiyənin yüksək gəlirli ölkələr arasına daxil olması hədəflənir.

2023-cü ildə Türkiyənin ÜDM-nin 1 trilyon 80 milyard dollara, adambaşına gəlirin 12 min 484 dollara yüksəldilməsi, ixracın 226,6 milyard dollara çatdırılması, 4,3 milyon əlavə məşğulluq yaradılması, işsizlik nisbətinin 9,9%-ə, inflyasiyanın təkrəqəmli səviyyələrə endirilməsi qarşıya məqsəd qoyulur.

Marja