Türkiyə uçot faiz dərəcəsini qaldırmasa, işsizlərin sayı çoxalacaq"- Ekspert | Banco.az

Türkiyə uçot faiz dərəcəsini qaldırmasa, işsizlərin sayı çoxalacaq"- Ekspert

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Təqribən bir həftə öncə Türkiyə milli valyutası ABŞ dolları qarşısında tarixi minimumunu yenilədi. Məlumata görə, hazırkı məzənnəyə əsasən, bir dollar 32,42 türk lirəsidir.

Bundan sonra  TCMB 2002-ci ilin aprelindən bu tərəfə ən sərt monetar siyasət apararaq uçot faiz dərəcəsini gözlənilmədən 45%-dən 50%-ə yüksəldib.

Baş verənlər barədə Banco.az-a açıqlama verən iqtisadçı Rauf Qarayev bildirib ki, Türkiyə uçot faiz dərəcəsini qaldırmasa, hökumət kəskin işsiz ordusu ilə üzləşə bilər:

Ən sərfəli kredit üçün müraciət et

“Bu baxımdan hökumət yükü öz üzərinə götürüb dözür. İnfilyasiya isə yerində qalmır. Gündəlik qiymət artımı baş verir, pul isə dəyərdən düşür. Burada bir üstünlük də var. Türkiyə xaricə malı dollarla satır. Amma burada da daxili bazarda çalışan şirkətlər uduzur. Yəni onlar hər dəfə öz qiymət siyasətinə əl gəzdirməli,  5 manata satdığı malı, sabah 6 manata satmalıdır”.

Türkiyənin  barter ticarətindən də istifadə etdiyini qeyd edən ekspert xatırladıb ki,  bu baxımından Türkiyə üçün ən uyğun bazarlar Afrika və Orta Asiyadır:

“Dünyada barter ticarətini gerçəkləşdirən ölkələr çoxdur. Xüsusən də Çin öz şirkətlərinin bacarıqlı fəaliyyəti sayəsində Afrika ölkələrindən mineral və təbii resursları alır, əvəzində özünün inşaat şirkətləri vasitəsilə infrastruktur, yol, hidrotexniki qurğuların inşasıyla bağlı layihələri gerçəkləşdirir”.

Ən sərfəli krediti almaq üçün müraciət et