Türkiyə təcili faiz endirdi - Lirə daha da ucuzlaşdı | Banco.az

Türkiyə təcili faiz endirdi - Lirə daha da ucuzlaşdı

10.75% olan pul siyasəti faizi 1 bənd azaldılaraq 9.75 səviyyəsinə salınıb.

Türkiyə Mərkəzi Bankı (TCMB) növbədənkənar iclas keçirib

Bank koronavirusun təsirlərini müzakirə etmək üçün toplantı keçirib. Toplantıda faiz  9.75% səviyyəsinə endirilib.

Qrafikə uyğun TCMB-nin iclası 2 gün sonra keçiriləcəkdi.

Qərarın ardından Türk Lirəsi Dollar qarşısında 1%-ə yaxın ucuzlaşıb. Dollar/TL mzənnəsi 6.48 səviyyələrinə yüksəlib.

Türkiyədə faiz 2 il sonra təkrar təkrəqəmli səviyyəyə düşüb.

Koronavirusun yayılması ilə dünya bazarlarında çöküş yaşanır. Bir çox mərkəzi bankı faiz endiriminə gedərək bazarı ucuz maliyyələşdirməyə çalışır.

marja