Türkiyə Superliqasının dəyəri 1 milyard avronu keçib | Banco.az

Türkiyə Superliqasının dəyəri 1 milyard avronu keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bir-birinin ardınca ulduz transferlər həyata keçirən Türkiyə Superliqasının heyət dəyəri 1 milyard avronu ötüb.

Banco.az xəbər verir ki, Superliqada forma geyinən komandalar dünyaca məşhur ulduzları bir-bir heyətinə qatmağa davam edir. Bu transferlərdən sonra Superliqanın heyət dəyəri 1 milyard avronu keçərək onu 7-ci pilləyə daşıyıb ki, bununla da Hollandiya liqasınını geridə qoymağa müvəffəq olub.

215,98 milyon avroluq heyət dəyərinə yüksələn "Qalatasaray" isə “Türkiyə futbol tarixinin ən bahalı komandası” olaraq yeni rekorda imza atıb.

Qeyd edək ki, "Qalatasaray" oyunçuları Superliqanın ən bahalı futbolçuları siyahısında ilk 3-lükdə qərarlaşıb. Siyahıya 27 milyon avro ilə Nikolo Zaniolo başçılıq edir. Onu 22 milyon avro ilə Vilfrid Zaha və 19 milyon avro ilə Mauro İkardi izləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram