Türkiyə süni intellekt və çip sahələrində strateji addımlar atacaq | Banco.az

Türkiyə süni intellekt və çip sahələrində strateji addımlar atacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rəqəmsal transformasiyaya diqqət yetirən Türkiyə, xüsusilə süni intellekt və çip sahələrində strateji addımlar atmaq üçün öz yolunu müəyyənləşdirib.

Banco.az xəbər verir ki, 2025-2027-ci illər üçün Orta Müddətli Proqramdan (MTP) hazırlanan tərtibata görə, yeni dövrdə diqqət yetirilməli məsələlərdən biri də rəqəmsal transformasiya prosesi olacaq.

Bu kontekstdə, rəqəmsal texnologiyalar üçün şirkətlərin, xüsusən də kiçik və orta bizneslərin (KOB) tutum və imkanlarını dəstəkləyərək böyümənin davamlılığını təmin etmək hədəflənir.

Qeyd edilənə götə, süni intellekt də prosesin vacib alətlərindən biri olacaq. Bu məqsədlə süni intellekt sahəsinə xas olan tematik klasterlərin və tədqiqat mərkəzlərinin sayının artırılması nəzərdə tutulur. Süni intellekt tədqiqatçılarının hesablama infrastrukturlarına çıxışı asanlaşdırılacaq. Beynəlxalq əməkdaşlıqlar da yeni dövrün mühüm addımlarından biri olacaq.

Türkiyənin bu sahədəki ekosistemi süni intellekt ekosistem çağırışları ilə aktivləşdiriləcək. Dəstəklənən layihələrlə hazırlanmış həllərdən əldə edilən biliklər ekosistemə köçürüləcək.

Ən sərfəli kredit üçün müraciət et

OVP ilə rəqəmsal transformasiyaya keçidin dəstəklənməsi çərçivəsində çip sənayesindən 5G-yə, peyk inkişafından bulud hesablamalarına qədər bir çox sahədə inkişaflar nəzərdə tutulur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et