Türkiyə sağlamlıq turizmindən 2,3 milyard dollar gəlir əldə edib | Banco.az

Türkiyə sağlamlıq turizmindən 2,3 milyard dollar gəlir əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə ötən il sağlamlıq turizmindən 2,3 milyard dollar gəlir əldə edib.

Banco.az xəbər verir ki, Ticarət Nazirliyinin məlumatına görə, Türkiyə sağlamlıq turizmi sahəsində beynəlxalq akreditasiyaya malik 40 səhiyyə müəssisəsi ilə dünyada 7-ci yerdə qərarlaşıb.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, sağlamlıq səyahətləri geniş vüsət aldığı bir vaxtda sağlamlıq turizminin ölkə iqtisadiyyatına əlavə dəyərinin artırılması, şirkətlərin beynəlxalq bazarlara açılması, rəqabətqabiliyyətliliyinin və markalaşmasının artırılması istiqamətində fəaliyyətlər dəstəklənir.

Nazirliyin dəstəyi ilə istifadəyə verilən və sağlamlıq turizmi sektorunda Türkiyə brendinin siması və bu brendlə bağlı tanıtım strategiyası olan “Heal in Türkiye” internet portalında sağlamlıq turizmi sektorunda fəaliyyət göstərən 175 qurumun olduğu və portalda iştirak etmək üçün müraciətlərin günbəgün artdığı vurğulanıb.

Qeyd edilib ki, Almaniya, Böyük Britaniya, Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstan, xüsusilə də Yaxın Şərq ölkələri Türkiyəyə ən çox turist göndərən ölkələrdir.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada 2022-ci ildə səhiyyə xidməti ixracından 1,9 milyard dollar gəlir əldə edildiyi və 2023-cü ildə ölkəyə gələn 1,4 milyon turist ilə bu rəqəmin 2,3 milyard dollara çatdığı bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et