Müəllif - Aida İsaq, Banco.az
Türkiyə Rusiyaya mal ixracına görə Almaniyanı geridə qoyub.
Banco.az xəbər verir ki, ekspertlərin fikrincə, sentyabrda Ankaradan tədarüklər növbəti rekord həddə - 1,1 milyard dollara çatdıqdan sonra siyahıda üçüncü yeri tuta bilər. Məlumata görə, Türkiyədən mal idxalı Rusiyaya qarşı sanksiyalarının tətbiqindən əvvəlki dövrlə müqayisədə təxminən 2,4 dəfə artıb. Belə ki, Türkiyə Almaniyanı geridə qoyarsa, Çin və Belarusiyadan sonra Rusiyaya mal ixrac edən ölkələrin ilk üçlüyünə daxil olacaq.
Xatırladaq ki, avqust ayında Rusiyadan Türkiyəyə tikinti, boru istehsalı və nəqliyyat maşınqayırmasında istifadə olunan polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 93 faiz artaraq 176 min tona çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!