Müəllif: Mehin Qasımova/Banco.az
Türkiyə Rusiyaya 27,5 milyard dollarlıq qaz borcu ilə bağlı iddiaları rədd edib.
Banco.az -ın məlumatına görə, bu barədə şirkətin saytında bildirilir.
Türkiyənin neft-qaz dövlət şirkəti BOTAŞ mediada və sosial şəbəkələrdə Türkiyənin Rusiyaya qaz borcu ilə bağlı yayılan açıqlamaları təkzib edib.
Həmçinin borcların restrukturizasiyası ilə bağlı danışıqların aparıldığı da vurğulanıb.
“Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan əsassız iddialar barədə ictimaiyyətin məlumatlandırılması zərurəti yaranıb. Ankara bu cür əsassız xəbərlərə və ittihamlara etibar etməməlidir. Onların məqsədi milli və beynəlxalq aləmdə təşkilata zərər vurmaq və brendin dəyərini azaltmaqdır",-deyə qeyd edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!