Müəllif - Aida İsaq, Banco.az
Rusiya ilə olan iqtisadi əlaqələrin Türkiyəyə böyük faydaları toxunur.
Banco.az xəbər verir ki, bu barədə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bildirib. Onun sözlərinə görə, Türkiyənin NATO-dakı mövqeyi bir çox NATO üzvünü məyus edib. Nazir bununla yanaşı, bu vəziyyətin Yunanıstan-Türkiyə münasibətlərinə heç bir təsiri olmadığını da qeyd edib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara və Moskva arasında əlaqələrin qarşılıqlı hörmətə əsaslandığını bəyan edib.
Bizi sosial şəbəkələrdən izləyin!!