Türkiyə Rumıniyaya təbii qaz ixrac edəcək | Banco.az

Türkiyə Rumıniyaya təbii qaz ixrac edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Rumıniyaya gündə 4 milyon kubmetrə qədər təbii qaz ixrac edəcək.

Banco.az xəbər verir ki, Türkiyədən Rumıniyaya gündə 4 milyon kubmetrə qədər təbii qaz ixracına dair iki ölkə arasında razılıq əldə olunub.

Boru Kəmərləri və Neft Nəqliyyatı A.Ş. (BOTAŞ) tərəfindən edilən açıqlamada Türkiyə Əsri vizyonuna uyğun olaraq müəyyən edilmiş hədəflərə doğru möhkəm addımlarla irəliləməyə davam etdikləri bildirilib.

Açıqlamada tərəflərin təbii qaz ticarəti ilə yanaşı nəql, saxlama, istehsal və yaşıl enerji texnologiyaları sahələrində də əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəldikləri vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Türkiyə avqustda Macarıstanla, yanvarda isə Bolqarıstanla təbii qaz ixracı müqaviləsi imzalayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et