Türkiyə qızıl idxalına fasilə verəcək | Banco.az

Türkiyə qızıl idxalına fasilə verəcək

Müəlif - Aida İsaq, Banco.az

Türkiyə hakimiyyəti qızıl idxalına qismən fasilə verəcək. 

Banco.az xəbər verir ki, “Blomberg”in məlumatına görə müvafiq qərar baş verən zəlzələlərin iqtisadi nəticələrini aradan qaldırmaq məqsədi ilə qəbul edilib. Bu barədə Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin artıq müvafiq fərmanı hazırladığı qeyd olunur. Rəsmi sənəd xaricdən qızıl idxalının dayandırılması ilə bağlı məsələləri özündə ehtiva edir. Hazırda nazirliyin rəsmi şəkildə bu barədə sorğunu cavablamadığı bildirilir.

Son məlumatlara görə, Türkiyədə zəlzələ qurbanlarının sayı 31 974 nəfərə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram