Türkiyə Qara dəniz boğazlarından keçid haqqını artıracaq | Banco.az

Türkiyə Qara dəniz boğazlarından keçid haqqını artıracaq

Müəllif - Aida İsaq, Banco.az

Türkiyə iyulun 1-dən ticarət gəmilərinin Bosfor və Çanaqqala boğazlarından keçməsinə görə rüsumları 8,3% artıracaq. 

Banco.az xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık” qəzeti Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin qərarına istinadən məlumat yayıb. Məlumata görə, Türkiyənin boğazlardan keçən gəmilərdən əldə etdiyi gəlir 2023-cü ildə 900 milyon dollara çatıb.

Qeyd edək ki, 2022-ci ilin oktyabrında Türkiyə ticarət gəmilərinin Bosfor və Çanaqqala boğazlarından keçməsi üçün rüsumları 5 dəfə artırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram