Türkiyə ötən ay rekord məbləğdə xarici ticarət kəsiri verib | Banco.az

Türkiyə ötən ay rekord məbləğdə xarici ticarət kəsiri verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə iqtisadiyyatı yanvar ayında rekord məbləğdə xarici ticarət kəsiri ilə üzləşib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, ölkədə yanvar ayında xarici ticarət kəsiri 14,24 milyard dollar olub. Bu göstərici əvvəlki ilə nisbətən 38,4 faiz artım deməkdir.

Ölkədə yanvar ayında ixrac əvvəlki ilin eyni ayına görə 10,3 faiz artaraq 19,4 milyard dollara, idxal isə 20,7 faiz artaraq 33,6 milyard dollara çatıb.

İxracın idxala nisbəti 2022-ci ilin yanvarında 63 faiz idisə, 2023-cü ilin yanvarında 57,6 faizə enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et