Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb | Banco.az

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankının ehtiyatları 122,4 milyard dollar təşkil edib.

Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) ümumi ehtiyatları 31 mart həftəsində əvvəlki həftəyə görə 2 milyard 271 milyon dollar azalaraq 122 milyard 423 milyon dollara geriləyib.

TCMB tərəfindən Həftəlik Pul və Bank Statistikaları açıqlanıb.

Müvafiq olaraq, 31 mart tarixinə Mərkəzi Bankın vergidən əvvəlki valyuta ehtiyatları 1 milyard 89 milyon dollar azalaraq 70 milyard 247 milyon dollar olub. Ümumi valyuta ehtiyatları martın 24-də 71 milyard 336 milyon dollar səviyyəsində idi.

Sözügedən dövrdə qızıl ehtiyatları isə 1 milyard 182 milyon dollar azalaraq 53 milyard 358 milyon dollardan 52 milyard 176 milyon dollara düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram