Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb | Banco.az

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 897 milyon ABŞ dolları və yaxud 0,8% azalaraq 106,319 milyard dollardan 105,422 milyard dollara enib.

Bu barədə qurumun statistik hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 27,469 milyard dollarlıq hissəsi qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 2,390 milyon dollar və yaxud 9,5% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 3,287 milyard dollar və yaxud 4,1% azalaraq 77,953 milyard dollar olub.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et