Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb | Banco.az

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 266 milyon ABŞ dolları, yaxud 0,3% artaraq 90,5 milyard ABŞ dolları təşkil edib.

Bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 39,2 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 339 milyon ABŞ dolları, yaxud 0,9% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 73 milyon ABŞ dolları, yaxud 0,1% azalaraq 51,3 milyard ABŞ dolları təşkil edib.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et