Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 634 milyon ABŞ dolları, yaxud 0,7% azalaraq 88,92 milyard ABŞ dolları təşkil edib.
Bu barədə qurumun hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 32,872 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,566 milyon ABŞ dolları, yaxud 5% çoxdur.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,2 milyard ABŞ dolları, yaxud 3,8% azalaraq 56,048 milyard ABŞ dolları təşkil edib.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!