Müəllif:Mehin Qasımova,Banco.az
Türkiyə Mərkəzi Bankı (TCMB) ehtiyat mövqeyində daha bir tarixi həddi aşaraq indiyə qədərki ən yüksək səviyyəyə çatıb .
Banco.az xəbər verir ki, son məlumatlara görə, Türkiyə Mərkəzi Bankının (TCMB) ümumi ehtiyatları əvvəlki həftədəki 196,1 milyard dollardan 9,1 milyard dollar artaraq 205,2 milyard dollara çatıb .
Bu rəqəm mərkəzi bankın tarixində ilk dəfə olaraq ümumi ehtiyatların 200 milyard dollar həddini keçdiyini göstərir .
Ötən həftə 82,9 milyard dollar olan xalis ehtiyatlar 8,1 milyard dollar artaraq 91 milyard dollara çatıb.
Bankın yerli və xarici banklarla svop əməliyyatları istisna edildikdə, onun xalis ehtiyat mövqeyi 70,1 milyard dollardan 78,8 milyard dollara yüksəlib.
