Türkiyə Mərkəzi Bankının ehtiyatları azalmaqda davam edir | Banco.az

Türkiyə Mərkəzi Bankının ehtiyatları azalmaqda davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) ümumi valyuta ehtiyatları ötən həftə də azalıb.

Banco.az xəbər verir ki, TCMB-nin məlumatına görə, 5 may həftəsində mərkəzi bankın ümumi valyuta ehtiyatları 114,1 milyard dollara qədər geriləyib. Ümumi valyuta ehtiyatları əvvəlki həftə 114,9 milyard dollar idi.

Mərkəzi Bankın xalis valyuta ehtiyatlarında isə artım müşahidə olunub. Belə ki, xalis valyuta ehtiyatları 6,4 milyard dollardan 6,8 milyard dollara çatıb. “Swap”lar istisna olmaqla xalis ehtiyatlar isə mənfi 52,7 milyard dollardan mənfi 53,4 milyard dollara qədər azalıb.

Qeyd edək ki, ehtiyatların azalmasına baxmayaraq, valyuta ilə qorunan əmanətlərdə artımın sürətlənməsi davam edib. Bank Tənzimləmə və Nəzarət Qurumunun (BDDK) məlumatlarına görə, valyuta ilə qorunan əmanətlər 86 milyard TL artaraq 2,2 trilyon TL-yə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et