Türkiyə Mərkəzi Bankı valyuta bazarına müdaxilə etməyə hazırlaşır | Banco.az

Türkiyə Mərkəzi Bankı valyuta bazarına müdaxilə etməyə hazırlaşır

Türkiyə Mərkəzi Bankı (TCMB) son günlər valyuta bazarında yaranan sərt dalğalanmanın və lirənin məzənnəsində kəskin ucuzlaşmanın qarşısını almaq üçün bazara müdaxilə etməyə hazırlaşır.

"Report" "Habertürk" saytına istinadən xəbər verir ki, TCMB bununla bağlı rəsmi məlumat yayıb.

Məlumatda bildirilir ki, iqtisadi əsaslara söykənməyən qiymət hərəkətləri nəzərə alınaraq bankların icazə verilən valyuta ehtiyatı dəhlizinin üst limiti 60%-dən 55%-ə endirilib: "Bu dəyişikliklə, təxminən, 5,3 mlrd. lirə dövriyyədən çıxarılaraq 1,4 mlrd. dollar likvidlik şəklində banklara daxil olacaq".

Ən sərfəli kredit üçün müraciət et

Qərardan sonra 3,83 TRY/USD səviyyəsinə qədər geriləyən məzənnə daha sonra yenidən yüksəlməyə başlayıb. Hazırda dolların məzənnəsi 3,8650 TRY/USD səviyyəsində qərarlaşıb. 

Qeyd edək ki, Türkiyədə dolların artmasına səbəb bu gün qlobal valyuta bazarında müşahidə olunan dolların möhkəmlənməsi prosesidir. "Report"un analitik qrupu Türkiyədə noyabr ayı ərzində dolların məzənnəsinin bir qədər də yüksələcəyini və 4,00 TRY/USD-yə çatacağını proqnozlaşdırır. 

Ən sərfəli krediti almaq üçün müraciət et