Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb | Banco.az

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Türkiyə Mərkəzi Bankı (TCMB) bu gün, yanvarın 24-də keçirdiyi növbəti iclasında uçot dərəcəsi kimi qəbul olunan bir həftəlik repo əməliyyatları üzrə faiz dərəcəsini dəyişdirməyərək 8%, gec likvidlik faizi dərəcəsini artıraraq 10%-dən 11%-ə, faiz dəhlizinin üst həddini 8,5%-dən 9,25%-ə yüksəldib.

Nəticədə, Türkiyədə dolların məzənnəsi bir neçə dəqiqə ərzində 2,4% artaraq 3,74 TRY/USD-dən 3,83 TRY/USD-yə yüksəlib. 

Ən sərfəli kredit üçün müraciət et

Dolların məzənnəsinin növbəti iclasa qədər artmağa davam edəcəyi və 4,00 TRY/USD səviyyəsini keçəcəyi ehtimal edilir. Hazırda TRY/USD məzənnəsi 3,80 səviyyəsindədir.

©Report