Türkiyə Mərkəzi Bankı (TMB) uçot dərəcəsini 14% səviyyəsində saxlamağı qərara alıb.
Qlobal inflyasiyanın Türkiyə iqtisadiyyatına və lirəyə mənfi təsiri fonunda, bank uçot dərəcəsini qaldırmayıb. Bundan əlavə, inflyasiyanın 5%-lik hədəfə qaytarılması hələ də əsas məqsəd kimi qalır.
Qeyd edək ki, bu ilin mart ayında Türkiyədə illik inflyasiya 61,14%-dək sürətlənib. Bu, 2002-ci ildən qeydə alınan ən yüksək qiymət artımı tempidir.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!