Türkiyə Mərkəzi Bankı (TMB) uçot dərəcəsini açıqlayıb.
Türkiyə Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsi Mərkəzi Bankın sədri Şahap Kavcıoğlunun sədrliyi ilə toplanıb. Komitə faiz dərəcəsini 14% səviyyəsində sabit saxlayıb.
Bankdan verilən açıqlamada bildirilib ki, ölkədə turizmin hesabına cari əməliyyatlar balansında güclü artım müşahidə edilir.
“Komitə zəruri olduğu halda müəyyən edilmiş makroprudensial siyasəti qətiyyətlə həyata keçirəcək”,- deyə açıqlamada qeyd edilib.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!