Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin iyunun 23-də keçirilən növbəti iclasında uçot dərəcəsi açıqlanıb.
Mərkəzi Bank uçot dərəcəsini dəyişməyərək 14 faiz səviyyəsində saxlayıb.
Xatırladaq ki, TMB ötən ilin dekabrında Türkiyə lirəsinin kəskin ucuzlaşması fonunda həmin göstəricini 15 faizdən 14 faizədək azaltmışdı.
O vaxtdan sonra keçirilən 6 iclasda uçot dərəcəsi dəyişməz saxlanılıb.
Hazırda Türkiyə birjalarında ABŞ dolları 17,36 lirəyə alınıb-satılır.
trend
Bizi sosial şəbəkələrdən izləyin!!