Türkiyə Mərkəzi Bankı kritik qərarını AÇIQLADI | Banco.az

Türkiyə Mərkəzi Bankı kritik qərarını AÇIQLADI

Türkiyə Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.

Gözlənildiyi kimi, Bank faizi artırdı.

Həftəlik repoz faizi 6,25 faiz bəndi artırılıb. Bu artım proqnozdan yüksəkdir.

Beləliklə, faiz 24%-ə qalxıb.

Bazarlar faizin 4,25 faiz bəndi artırılaraq 17,75%-dən 22%-ə qaldırılacağını gözləyirdi.

Qərardan sonra Lirə Dollar qarşısında 5,1% bahalaşıb. Bakı vaxtı ilə saat 15:04-də Dollar/TL məzənnəsi 6.41 səviyyəsindən 6,01 səviyyəsinə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Bankın açıqlamasında, ehtiyac olarsa pul siyasətinin daha da sərtləşdiriləcəyi qeyd edilib:

Son dövrdə açıqlanan göstəricilər iqtisadi fəaliyyətdə tarazlanma meylinin göründüyünə işarə edir. Xarici tələb gücünü qorumaqla yanaşı, daxili tələbdəki yavaşlama sürətlənir.
 
Yaxın dövrdə inflyasiya görünüşünə dair irəliləyişlər qiymət sabitliyi baxımından əhəmiyyətli risklərə işarə etmişdir. Valyuta kursundakı hərəkətlərin də təsiri ilə qiymətlərin yüksəlməsi diqqət çəkir. Daxili tələbatda zəifləməyə baxmayaraq qiymətlərdə müşahidə edilən "pozulma" inflyasiya görünüşünə dair yuxarı istiqamətli risk yaratmağa davam edir. Bu çərçivədə İdarə Heyəti, qiymət sabitliyini dəstəkləmək məqsədilə güclü sərt pul siyasəti həyata keçirilməsinə qərar vermişdir".

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et