Türkiyə Mərkəzi Bankı inflyasiya proqnozunu dəyişməyib | Banco.az

Türkiyə Mərkəzi Bankı inflyasiya proqnozunu dəyişməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

TCMB inflyasiya proqnozlarını bu ilin sonu üçün 22,3 faiz, 2024-cü ilin sonu üçün isə 8,8 faiz səviyyəsində saxlayıb.

Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) dünən ilin ilk inflyasiya hesabatını dərc edib.

TCMB İdarə Heyətinin sədri Şahap Kavcıoğlu hesabatı tanıtmaq üçün keçirdiyi məlumatlandırma iclasında orta müddətli proqnozlar verərkən iqtisadi perspektivləri başlanğıc nöqtəsi olaraq götürdüklərini söyləyib.

O, əvvəlki proqnozlara uyğun olaraq ərzaq qiymətlərinin 2023-cü ildə 22 faiz, 2024-cü ildə isə 11,5 faiz artacağını güman etdiklərini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et