Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) uçot dərəcəsi və faiz dəhlizində heç bir dəyişiklik etməsə də, inflyasiya və tələbin əsas tendensiyasında azalma olduğuna diqqət çəkib.
Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) iyun ayı iclasında uçot dərəcəsini 46 faiz səviyyəsində sabit saxlayıb.
“Bloomberg HT” tərəfindən keçirilən sorğuda iştirak edən qurumların proqnozların da faizin 46 faizdə saxlanılması istiqamətində idi.
Bank gecəlik borcvermə faizini 49 faiz, gecəlik borclanma faizini isə 44,5 faiz səviyyəsində sabit saxlayıb.
Qərar mətnində qeyd olunur ki, inflyasiyanın əsas meyli may ayında azalma göstərmiş və ilkin göstəricilər bu azalma tendensiyasının iyun ayında da davam etdiyini göstərir.
İkinci rübə dair məlumatların daxili tələbin zəiflədiyini göstərdiyi vurğulanıb, həmçinin geosiyasi inkişaflar və qlobal ticarətdə artan proteksionizmin deinflyasiya prosesinə mümkün təsirlərinin də diqqətlə izlənildiyi bildirilib.
TCMB inflyasiya gözləntilərinin və qiymətləmə davranışlarının deinflyasiya prosesi baxımından risk faktoru olaraq qalmaqda davam etdiyini də qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!