Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) faiz qərarı açıqlanıb.

Banco.az xəbər verir ki, TCMB Pul Siyasəti Komitəsi noyabr ayında keçirdiyi növbəti iclasında uçot dərəcəsini 500 baza bəndi artıraraq 40 faizə çatdırıb.

İqtisadçılar isə faiz dərəcəsinin 250 baza bəndi artırılaraq 37,5 faizə çatdırılacağını proqnozlaşdırmışdılar.

Xatırladaq ki, mərkəzi bank bu ilin iyun ayında 650, avqustda 750, sentyabr və oktyabr aylarının hər birində isə 500 baza bəndi olmaqla beş ardıcıl iclas ərzində ümumilikdə 2 min 650 baza bəndi artım həyata keçirib.

Sonuncu artımla cəmi faiz artımı 3 min 150 baza bəndinə çatıb ki, bu da altı ay ərzində 31,5 bənd artım deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et