Türkiyə Mərkəzi Bankının (TCMB) İdarə Heyəti bu həftənin Cümə axşamı günü pul siyasətini qiymətləndirmək üçün toplanacaq.
Daha çox faizin Avqust ayında dəyişdirilməyərək 8.25%-də saxlanılacağı gözlənilir.
"Manulife"nin İnkişaf edən Bazarlar üzrə strateqi Richard Segal, TCMB-nin faiz nisbətlərində bir dəyişikliyə gedəcəyini düşünmür:
"Çünki Mərkəzi Bank inflyasiya gözləntilərini dəyişdirəcəyinə dair güclü siqnallar vermədi və faiz ilə inflyasiyaya bağlı digər rəsmi şərhlər ilə ziddiyyət təşkil etmək istəməyəcək".
"Monex Europe"ın FX Bazarları analitiki Simon Harvey, TCMB-nin gələcəkdəki şoklarda daha çox manevr sahəsinə sahib olması üçün faizlərdə artım gözlədiklərini söyləyib.
Qeyd edək ki, son günlər Türk Lirəsinin ucuzlaşması sürətlənib və bu proses Mərkəzi Bankı faiz artırmağa məcbur edir.
Türkiyə Mərkəzi Bankı faiz qərarını 20 avqustda, Bakı vaxtı ilə saat 15:00-da açıqlayacaq.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!