Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq | Banco.az

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

Bu gün Türkiyə Mərkəzi Bankı (TCMB) Bakı vaxtı ilə saat 15:00-da faiz qərarını açıqlayacaq.

Türkiyə Mərkəzi Bankı sonuncu dəfə Mart ayı toplantısında faiz dərəcəsini 24%-də saxlamış, inflyasiyada yaxşılaşma olana qədər (azalana qədər) sərt pul siyasətinin qorunacağını vurğulamışdı. 

İqtisadçılar inflyasiyanın yüksəlməsi risklərininin davam etməsi və maliyyə bazarlarındakı oynaqlığın qiymət sabitliyi üzərindəki riskləri ilə əlaqədar olaraq Mərkəzi Bankın faizlərdə dəyişiklik edəcəyini gözləmirlər.

Son dövrdə, xüsusən seçkidən əvvəl maliyyə bazarlarda meydana gələn dalğalanmalara qarşı Mərkəzi Bank fövqəladə pul siyasəti alətlərini istifadə edərək TL-nin dəyərini sabit saxlamağa çalışıb.

Ötən aylarda faiz endirimi ehtimalı danışılmağa başlanmış, ancaq inflyasiyanın yüksək qalmasına görə faiz endiriməsinə ilin 2-ci yarısından sonra başlanacağı proqnozları güclənmişdir.

Türkiyədə inflyasiyada ciddi və inandırıcı bir geriləmə müşahidə olunmur. İqtisadçılar hesab edirlər ki, bu səbəbdən, 25 Aprel 2019-cu il faiz endirmək üçün çox erkən bir tarixdir.

Beynəlxalq kredit reytinqi agentliyi "Fitch", Türkiyə Mərkəzi Bankının il ərzində 400 bənd faiz edəcəyini proqnozlaşdırır: "İqtisadiyyatdakı pisləşmə və inflyasiya təzyiqləri azalarsa hazırda 24%-də olan faizin  bu il 400 bənd endiriləcəyini təxmin edirik". Bu proqnoz reallaşsa Türkiyədə faiz dərəcəsi 20%-ə düşər. 

Ən sərfəli kredit üçün müraciət et

 

LİRƏ UCUZLAŞIR

ABŞ-ın 8 ölkəyə İrandan neft idxalı üçün verdiyi möhləti uzatmayacağını açıqlaması ilə neft qiymətlərində baş verən yüksəliş, ABŞ ilə Türkiyə arasındakı S400 böhranı, Mərkəzi Bankın ehtiyatlarına dair narahatlıqlar, seçki qeyri-müəyyənliyinin hələ də sona çatmaması və Dollar indeksinin 22 ayın ən yüksək səviyyəsinə yaxınlaşması kimi amillər son dövrdə Türk Lirəsinin (TL) dəyər itirməsinə səbəb olur.

Bu gün Dollar (saat 08:40-a olan məlumat) 0,3% bahalaşma ilə 5.8903 lirə səviyyəsini,  Avro da 0.3% artımla 6.5799 lirə səviyyəsini görüb. 

Məzənnənin istiqamətində Türkiyə Mərkəzi Bankının bugünkü faiz qərarı və açıqlaması əhəmiyyətli olacaq. 

Analitiklər bildiriblər, neft qiymətlərində yüksəliş və daxildəki siyasi proseslər  də TL üzərində təzyiq yaradan digər amillərdir.

"Commerzbank"dan bildirilib ki, İrandan neft idxalında Türkiyə daxil olmaqla 8 ölkəyə verilmiş sanksiya möhlətinin uzadılmaması Lirə üçün mənfidir. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et