Tamara Mustafayeva, Banco.az
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsi faizini açıqlayıb.
Banco.az türk mətbuatına istinadla xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı uçot dərəcəsi faizini proqnozlara paralel olaraq 100 bənd aşağı salaraq 15% edib.
Qeyd edək ki, bu faiz endirimi ilə birlikdə mərkəzi bankın hazırki sədri Şahab Kavcıoğlu dövründəki faiz endirimləri ümumilikdə 400 bəndə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!