Türkiyə Mərkəzi Bankı faiz qərarını AÇIQLADI | Banco.az

Türkiyə Mərkəzi Bankı faiz qərarını AÇIQLADI

Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankı faiz qərarını açıqlayıb.

Banco.az türk mətbuatına istinadla xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı iyul ayı üzrə pul siyasəti faizini dəyişdirməyərək 19 faiz bəndində stabil saxlayıb. 

Qeyd edək ki, Mərkəzi Bank qərar mətnində inflyasiyanın beynəlxalq maliyyə bazarlarına təsirinin davam etdiyi, qlobal miqyasda istehlakçı və istehsalçı qiymətlərinin bahalaşdığı, bankın qiymət sabitliyini saxlamaq üçün bütün vasitələrdən qətiyyətlə istifadə edəcəyi qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et