Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı | Banco.az

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

Tamara Mustafayeva, Banco.az

Mərkəzi Bank faiz dəyişikliyi etməyib.

Türkiyə Respublikası Mərkəzi Bankı avqust ayı üzrə pul siyasəti iclasında faiz göstəricisini dəyişdirməyib. 

Banco.az türk mətbuatına istinadla xəbər verir ki, bu gün Türkiyə Mərkəzi Bankının avqust ayı üzrə pul siyasəti iclası keçirilib. Bank iclasda faiz qərarını açıqlayıb. Bu qərarə əsasən, faizdə dəyişiklik edilməyərək 8.25 faiz bəndində saxlanılıb.

Xatırladaq ki, qərardan əvvəl 7.2820 səviyyələrinə qədər geriləyən Dollar/TL məzənnəsi hazırda 7.3450 səviyyəsinə yüksəlib.

Həmçinin oxu: Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et