Türkiyə Cumhuriyyəti Mərkəzi Bankı(TCMB) Monetar Siyasət İdarəsi (PPK) bu gün keçirdiyi iclasda uçot dərəcəsi faizi dəhlizinin yuxarı həddini 25 bənd endirərək 8,75%-ə çatdırıb, borclanma faizi, yəni dəhlizin alt bəndini dəyişdirilməyərək 7,25%, həftəlik repo faizi də həmçinin 7,5%-də sabit saxlayıb.
"Report", "Bloomberght" agentliyinə istinadən xəbər verir ki, TCMB iclasında beynəlxalq maliyyə bazarlarında baş verən dalğalanmalara bağlı olaraq bank sektorunda zəruri likvidlik tədbirlərinin alındığı bildirilib. Xatırladaq ki, TCNB keçən ay keçirdiyi iclasda faiz dəhlizinin üst həddini 50 bənd endirib. Qeyd edək ki, TCMB uzun müddətdir uçot dərəcəsi və faiz dəhlizi siyasətinin sadələşdirilərək tək faiz siyasətinə keçmək istədiyini bildirib.