Türkiyə Mərkəzi Bankı borcvermə faizini artırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Türkiyə Mərkəzi Bankı borcvermə faizini artırıb

Türkiyə Mərkəzi Bankı (TCMB) bu gün, martın 16-da keçirdiyi növbəti iclasında gec likvidlik dəhlizinin borcvermə faizini 11%-dən 11,75%-ə yüksəldib. TCMB digər faiz kateqoriyalarında dəyişiklik etməyib. Bununla da uçot dərəcəsi kimi qəbul edilən bir həftəlik repo faizi 8%, marjinal borcvermə faizi 9,25%, Mərkəzi Bankın borcalma faizi isə 7,25%-də sabit qalıb.

TCMB-nin iclasdan sonra yaydığı məlumatda bildirilir ki, valyuta məzənnəsindəki artımın inflyasiyaya təsirini aradan qaldırmaq üçün TCMB pul-kredit siyasətini sərtləşdirmək niyyətindədir.

TCMB-nin qərarından sonra Türkiyədə dolların məzənnəsi düşməyə başlayb. Belə ki, səhər saatlarında 3,69 TRY/USD olan məzənnə hazırda 1%-ə yaxın düşərək 3,6450 TRY/USD olub. "Report"un analitik qrupu dolların məzənnəsinin 3,55 TRY/USD səviyyəsinə qədər geriləcəyini ehtimal edir: "Qeyd etmək lazımdır ki, aprel ayında Türkiyədə gözlənilən referendum qısamüddətli də olsa, dolların məzənnəsini yüksəldə bilər. Lakin, daha sonra dollar yenidən ucuzlaşaraq 3,50-3,55 lirə səviyyəsində sabitləşəcək".

©Report