Türkiyə istehsalı olan uçan avtomobil bu tarixdə səmaya qalxacaq | Banco.az

Türkiyə istehsalı olan uçan avtomobil bu tarixdə səmaya qalxacaq

Tamara Mustafayeva, Banco.az

Türkiyənin "Softtech" şirkətinin həm investisiya qoyuluşunu həyata keçirdiyi, həm də dizayn etdiyi "AirCar" adlanan uçan avtomobilin prototipi və sınaq uçuşu başa çatıb. 

Məlum olduğu kimi, texnologiya sahəsində əldə edilən uğurlar hər ötən gün dünyanı uçan avtomobillərin səmada seyr etdiyi gələcəyə daha da yaxınlaşdırır. Odur ki, 2017-ci ildə İstanbulda əsası qoyulan və 2019-cu ildə "Softtech"in proqramlaşdırma sistemləri ilə dəstəklənən uçan avtomobil "AirCar"ın üzərində işlər davam etməkdədir. 

Banco.az türk mətbuatına istinadla bildirir ki, "Softtech" şirkətinin texnoloji investoru olduğu, ilk prototipi və sınaq uçuşu bu ilin fevral ayında başa çatan "AirCar" elektrikli və tamamilə avtonom əsasda hazırlanıb. Avtonom və süni intellekt sistemləri "Softtech" tərəfindən hazırlanan "AirCar"ın bir sərnişin potensialı ilə 80 kilometr, 2 sərnişin potensialı ilə isə 50 kilometr qət etməsi planlaşdırılır. "Bilişim Vadisi"ndə işlərin hələ də davam etdiyi bu uçan avtomobil ilə şəhərdaxili daşınmaya sərf edilən vaxtın azaldılması və karbon emissiyasının minimuma endirilməsi hədəflənir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2023-2024-cü illərdə karqo və havadan müdafiə vasitəsi kimi versiyalarının istehsalı nəzərdə tutulan uçan avtomobilin 2025-ci ildə İstanbul səmasında uçuşa hazır olacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et