Türkiyə iqtisadiyyatında şok artım baş verib | Banco.az

Türkiyə iqtisadiyyatında şok artım baş verib

Türkiyə iqtisadiyyatı 2017-ci ilin III rübündə illik müqayisədə 11,1% artım göstərib. 

"Bloomberg" agentliyinə istinadən xəbər verilir ki, analitiklər ÜDM artımının 8,5% olacağını proqnozlaşdırmışdılar. 

Qeyd edək ki, Türkiyə iqtisadiyyatı II rübdə illik 5,3%, I rübdə isə 5,2% artım göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Sektorların təhlilinə əsasən, ən sürətli artım inşaat sektorunda (18,7%), mal və xidmətlərin ixracında (17,2%), sənayedə (14,8%) baş verib. 

Mənbə: Report.az