Türkiyə iqtisadiyyatında kəskin kiçilmə | Banco.az

Türkiyə iqtisadiyyatında kəskin kiçilmə

Türkiyə iqtisadiyyatı bu ilin III rübündə 1,8% kiçilib.  

Bu barədə açıqlamanı Türkiyə Statistika İdarəsi (TÜİK) verib. Beləliklə, Türkiyədə ÜDM-in həcmi 2009-cu ilin III rübündən etibarən ilk dəfə azalıb.

Qeyd edək ki, "Bloomberg" agentliyinin keçirdiyi sorğuya qatılan iqtisadçılar ÜDM-in 0,3% artacağını ehtimal edirdilər. Xatırladaq ki, Türkiyə iqtisadiyyatı II rübdə 3,1% artım göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Xəbərin açıqlanmasından sonra Türkiyədə dolların məzənnəsi bu gün səhər saatlarında 3,47 səviyyəsindən 2%-ə yaxın artaraq 3,54 TRY/USD səviyyəsinə çatıb, lakin sonrada 3,52-yə enib. 

Türkiyə iqtisadiyyatı ilə bağlı mənfi xəbərin beynəlxalq reytinq agentliklərinin dövlətin kredit reytinqini azaltmasına səbəb ola biləcəyini ehtimal edilir. Bu da öz növbəsində Türkiyənin daha çətin və yüksək faizlərlə borclanmasına səbəb olacaq.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et