Türkiyə iqtisadiyyatı ilin birinci rübündə 6 faizə yaxın artıb | Banco.az

Türkiyə iqtisadiyyatı ilin birinci rübündə 6 faizə yaxın artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə iqtisadiyyatı ilin birinci rübündə 5,7 faiz artım göstərib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumatlara görə, ilin ilk rübündə rüblük artım 2,4 faiz hesablanıb.

İlin ilk rübündəki artımda istehlak sektoru ön plana çıxıb. Belə ki, ev təsərrüfatlarının istehlak xərcləri ilin birinci rübündə 7,3 faiz artıb.

Dövlətin yekun istehlak xərcləri 3,9 faiz, ümumi əsas kapitalın formalaşması isə 10,3 faiz artıb.

Zəncirvari həcm indeksi olaraq 2024-cü ilin birinci rübündə mal və xidmət ixracı əvvəlki ilin eyni rübünə görə 4 faiz artarkən, idxal isə 3,1 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et