Türkiyə iqtisadiyyatı II rübdə 4 faizə qədər artım göstərib | Banco.az

Türkiyə iqtisadiyyatı II rübdə 4 faizə qədər artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə ikinci rübdə 3,8 faiz artım göstərib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) ikinci rübün dövri ümumi daxili məhsul (ÜDM) nəticələrini açıqlayıb.

Məlumatlar göstərir ki, ölkə iqtisadiyyatı cari ilin ikinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz böyüyüb.

Sözügedən dövrdə ÜDM-nin rüblük artımı isə 3,5 faiz təşkil edib.

Məlumatlardan bəlli olur ki, daxili istehlak Türkiyə iqtisadiyyatında birinci rübdə olduğu kimi ikinci rübdə də artımın əsas hərəkətverici qüvvəsi olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram